Füzulidə işğaldan azad edilmiş kəndin sakinləri dağıdılmış qəbiristanlığı birgə bərpa edir
19
sen
2025
09:43
Füzuli rayonunun işğaldan azad edilmiş Şıxlı kəndində sakinlər bir araya gələrək kənd qəbiristanlığını bərpa ediblər.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə sakinlər məlumat verib.
Bildirilib ki, Uzun illər baxımsız qalan və dağıdılmış qəbiristanlıq təmizlənib, qəbir daşları düzəldilib, ərazi abadlaşdırılıb.
Sakinlər bu addımı ata-babalarının xatirəsinə hörmət və doğma torpağa sahib çıxmaq niyyəti ilə atıblar.
Qeyd edək ki, kənd 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.
Oxşar xəbərlər
Polis sürücülərə XƏBƏRDARLIQ ETDİ
Bakı və Abşeron yarımadasında, eləcə də respublikanın bir sıra bölgələrində gözlənilən yağışlı və küləkli hava şəraiti ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəs...