"Formula 2": Sıralama turunu birinci pillədə başa vuran pilot bəlli olub
Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sıralama turunu birinci pillədə başa vuran pilot müəyyənləşib.
BAKU.WS-in məlumatına görə, ən yaxşı nəticəni "Trident" komandasından Rixard Versxor göstərib.
"Prema Racing"dən Andrea Kimi Antonelli ikinci, "Art Grand Prix"dən Viktor Martins üçüncü pillədə yer alıb.
Daha əvvəl "Formula 2"də sərbəst yürüşdə "Van Amersfoort Racing"dən Entso Fittipaldi birinci olub.
"Formula 1"də isə ilk sınaq yürüşündə "Red Bull" pilotu Maks Ferstappen ilk pilləni tutub.
Bu gün "Formula 1"də ikinci sərbəst yürüş də gerçəkləşəcək.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.
***15:05
Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sıralama turu start götürüb.
BAKU.WS-in məlumatına görə, təsnifat mərhələsi saat 15:00-da başlayıb.
Daha əvvəl "Formula 2"də sərbəst yürüşdə ən yaxşı nəticəni "Van Amersfoort Racing"dən Entso Fittipaldi göstərib.
"Formula 1"də isə ilk sınaq yürüşündə "Red Bull" pilotu Maks Ferstappen birinci olub.
Bu gün "Formula 1"də ikinci sərbəst yürüş də gerçəkləşəcək.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.
Oxşar xəbərlər
Baku TV turistlərin Şuşada qayaları yazaraq şəhərin tarixi və təbiətinə ziyan vermələri ilə bağlı süjet hazırlayıb
Şuşaya səfər edən bəzi yerli turistlər qaya və daşlara müxtəlif adlar yazaraq şəhərin tarixi və təbiətinə ziyan verirlər. BAKU.WS xəbər verir ki, bu barədə Baku...