Filarmoniyaya yeni direktor TƏYİN EDİLDİ
Azərbaycan Dövlət Uşaq Filarmoniyasına yeni direktor təyin olunub.
Bu barədə BAKU.WS-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə bu vəzifəyə pianoçu, beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə təyin edilib.
Qeyd edək ki, Səidə Tağızadə Bakı şəhərində anadan olub. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano ixtisası üzrə təhsil alıb.
2006-cı ildə Bakı Musiqi Akademiyasını (fortepiano, organ, klavesin) bakalavr, 2008-ci ildə isə (fortepiano ixtisası, musiqişünaslıq) magistratura pillələrini fərqlənmə diplomları ilə bitirib.
2016-cı ildən Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərir.
S.Tağızadə indiyədək Azərbaycanla yanaşı, Böyük Britaniya, Polşa, Rusiya, Finlandiya, ABŞ, Cənubi Afrika, Cənubi Koreya, Avstriya, İsveçrə, İtaliya, Bolqarıstan, Latviya, Fransa və s. ölkələrdə konsertlərdə çıxış edib.
Oxşar xəbərlər
Bakıda yolların rəngi niyə dəyişə bilər? - Ekspertdən maraqlı təklif
Bakıda rəngli asfaltın tətbiqindən 11 il sonra onun şəhər nəqliyyatında hansı funksiyanı daşıdığı məsələsi yenidən gündəmə gəlib. BAKU.WS-in məlumatına görə, nə...