FHN-in Şimal-qərb Regional Mərkəzi təlim keçirib
Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi "Alpinist ləvazimatlarından istifadə etməklə hündürmərtəbəli binalardan zərərçəkmişlərin xilas edilməsi" mövzusunda təlim keçirib.
Bu barədə BAKU.WS-ə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, hündürmərtəbəli binalardan zərərçəkmişlərin təxliyə edilməsi üzrə şəxsi heyətin bilik və bacarıqlarının artırılması olub.
Təlim zamanı xilasedicilər xüsusi vasitələrlə şərti zərərçəkmişləri "hündürmərtəbəli bina"dan, həmçinin "lift boşluğundan" təxliyə edərək onlara "təxirəsalınmaz ilkin yardım göstəriblər".
Uğurla keçirilən təlimdən sonra əldə edilmiş nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.
Qalereya
Oxşar xəbərlər
Hansı qurumların çağrı mərkəzləri cavab vermir? - Sakinlər arasında sorğu keçirildi
Son zamanlar bir sıra dövlət qurumlarının çağrı mərkəzləri ilə bağlı şikayətlər kəskin artıb. Vətəndaşlar bildirirlər ki, dəqiqələrlə xətdə gözləməli olurlar, z...