FHN-in nümayəndələri Bakı Ekspo Mərkəzində təşkil olunmuş panel sessiyasında iştirak ediblər
Fövqəladə Hallar Nazirliyinin nümayəndələri Bakı Enerji Həftəsi çərçivəsində Bakı Ekspo Mərkəzində keçirilən 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisində təşkil edilmiş panel sessiyasında iştirak ediblər.
BAKU.WS xəbər verir ki, sessiyada iştirak edən FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəis müavini Əkbər Quliyev, Nüvə və radioloji fəaliyyətə nəzarət şöbəsinin müdiri İlham Sadıqov və Nüvə və radiasiya təhlükəsizliyinin ekspertizası şöbəsinin müdiri Mətanət Qəhrəmanova "Karbon emissiyasının azaldılması istiqamətində nüvə enerjisinin rolu" və "Atom elektrik stansiyalarının istismarının ətraf mühitə təsiri" mövzularında təqdimatla çıxış ediblər.
Tədbirdə iştirakçıları maraqlandıran suallar Agentliyin nümayəndələri tərəfindən ətraflı cavablandırılıb.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda avtomobil sifarişi tələsi: Onlarla vətəndaş aldadılıb
"Məndən başqa 86 nəfər də aldadılıb". "19 min manata yaxın pul ödədim, ortada nə maşın var nə pul". BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, son bir il ərz...