Evdə işləyənlərdə ən çox bu ağrılar yaranır

Evdə işləyənlərdə ən çox bu ağrılar yaranır
Sosial 19

Evdən işləyən insanlar uzun müddət hərəkətsiz vəziyyətdə kompüter qarşısında qaldıqları üçün daha çox bel və diz ağrılarından əziyyət çəkə bilərlər.

BAKU.WS xəbər verir ki, idman təbabəti üzrə mütəxəssis Maykl Frederikson HuffPost-a açıqlamasında bildirib ki, uzaqdan işləyənlər günün böyük hissəsini oturaq vəziyyətdə keçirirlər.

Həkimin sözlərinə görə, insan gündə 7-8 saat eyni vəziyyətdə qaldıqda əzələlər uzun müddət gərgin vəziyyətdə olur və hərəkət məhdudiyyəti yaranır.

Bu vəziyyət zamanla insanın duruşuna və yerişinə təsir göstərərək boyun, bel və dizlərə düşən yükü artıra bilər.

Mütəxəssis oturaq həyat tərzinin mənfi təsirlərini azaltmaq üçün gün ərzində mütəmadi fiziki hərəkət etməyi tövsiyə edib. O bildirib ki, yalnız axşam saatlarında idmanla məşğul olmaq gün ərzində uzun müddət oturmağın yaratdığı problemləri tam aradan qaldırmır.

Həkim hər 30 dəqiqədən bir 5 dəqiqəlik fasilə verməyi, bu zaman ayağa qalxaraq gəzməyi, yüngül hərəkətlər və dartınma məşqləri etməyi məsləhət görüb.

Mütəxəssislər hesab edirlər ki, iş zamanı qısa, lakin müntəzəm fasilələrin verilməsi əzələlərin uzun müddət gərgin qalmasının qarşısını almağa və oturaq işin orqanizmə təsirini azaltmağa kömək edə bilər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər