Emin Əmrullayev Könül Abaslını işdən çıxardı - FOTO
Sumqayıt Dövlət Universitetinin (SDU) beynəlxalq əlaqələr üzrə prorektoru Könül Abaslı vəzifəsindən azad olunub.
BAKU.WS "Yeni Sabah"a istinadla xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
K.Abaslı artıq bir müddətdir ADA Universiteti rektorunun müşaviri vəzifəsində çalışır. O, təhsilin idarə olunması sahəsinə cavabdehdir.
Qeyd edək ki, K.Abaslı 2003-2007-ci illərdə Bakı Slavyan Universitetində İbtidai təhsilin pedaqogika və metodikası ixtisası üzrə bakalavr, 2007-2009-cu illərdə isə Pedaqogika nəzəriyyəsi və tarixi ixtisaslaşması üzrə magistratura təhsili alıb. Həm bakalavr, həm də magistratura təhsilini fərqlənmə diplomu ilə başa vurub.
2019-cu ildən müxtəlif ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində tədris aparıb və magistr tələbələrinin dissertasiya işlərinə elmi rəhbərlik edib. 2021-2022-ci illərdə Təhsil İnstitutunda ardıcıl olaraq aparıcı elmi işçi və təhsildə strateji tədqiqatlar şöbəsinin müdiri vəzifələrində çalışıb.
Oxşar xəbərlər
Xaqani bağı və Fəvvarələr meydanından Qış parkına və Mərkəzi parka iki piyada marşrutu formalaşdırılır
Bu yaxınlarda paytaxtın iki geniş piyada zonası olan Fəvvarələr meydanı və Qış Parkını optimal şəkildə birləşdirən İslam Səfərli küçəsi piyadalaşdırılaraq şəhər...