Ordubadın Xarabagilan adlanan ərazisində Orta əsrlərə aid şəhər
Ordubad şəhərindən 16-17 kilometr qərbdə, Naxçıvan-Ordubad avtomobil yolunun şimalında, Gilançayın sol sahilində yerləşən Xarabagilan (Kiran, Gilan və ya Giran) Orta əsrlərə aid şəhər xarabalığıdır.
Xarabagilan ərazisində ilk arxeoloji tədqiqatlar 1913-cü ildə Moskva Arxeologiya Cəmiyyətinin Qafqaz bölməsi tərəfindən aparılıb. 1920-ci, 1970-ci və 1980-ci illərdə də müxtəlif yerli və xarici elm adamları ərazidə olub, tədqiqat işləri həyata keçiriblər. Tədqiqatlar nəticəsində müəyyən edilib ki, Xarabagilan ərazisində şəhər mədəniyyəti V-IV əsrlərdə yaranıb, Orta əsrlərdə isə bu şəhər Azərbaycanın mühüm ticarət və sənətkarlıq mərkəzlərindən biri olub.
Ekspedisiyanın rəhbəri, tədqiqatçı-alim Bəhlul İbrahimli bildirib ki, hazırda ikinci memorial kompleksdə qazıntı işləri həyata keçirilir: "Şəhərdə iki dağın üzərində, şərq tərəfdə birinci memorial kompleks də yerləşir. Hansı ki, ərazisində 30-a qədər türbə var, hamısı da daşdan işlənmiş türbələrdir. Hamısının da sərdabələri var. Onların içərisi bişmiş kərpiclə hörülüb və həndəsi naxışlarla işlənilib.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Gəlirlər xərcləri üstələləyirsə, Maliyyə Nazirliyi niyə borc alır?
Dövlət büdcəsində ilin yeddi ayı üzrə 3.4 milyard manat profisitin yaranmasına baxmayaraq, Maliyyə Nazirliyi borclanmaya gedir. Bu dövrdə büdcənin gəlirləri pro...