Elməddin Cəfərov: "Qurban deyəndə ağla qoyun kəsmək gəlməməlidir"
Baku TV-nin "Amin" verilişinin yeni buraxılışı yayımlanıb.
Proqramın budəfəki buraxılışında aktyor, prodüser Elməddin Cəfərov və ilahiyyatçı Faiq Əhmədzadə ilə dinin gənclərin mənəvi dünyasına təsiri və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Verilişdə valideynlərin övladlarına vaxt ayırmamasının gətirib çıxardığı fəsadlar, gənclərin dindən uzaqlaşmasının səbəbləri, eləcə də "TikTok"un gənc nəslin dinləmə qabiliyyətinin azalmasına təsiri müzakirə edilib.
E.Cəfərov, həmçinin "Qurani-Kərim"dəki bir ayəni başa düşməyin onun 10 ilini aparmasından söz açıb. Eləcə də Qurban bayramı haqqında danışarkən "Qurban deyəndə ağla qoyun kəsmək gəlməməlidir. Bəlkə, birinin ətə yox, çörəyə, yaxud pula ehtiyacı var", - deyə bildirib.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Taksi kartı haradan alınıbsa, sürücü yalnız orada işləyəcək?
Taksiyə buraxılış kartı və fərqlənmə nişanı hansı ərazidən alınırsa, sürücü yalnız həmin yərdə işləyə bilər. BAKU.WS xəbər verir ki, bununla bağlı məlumat sosia...