Əlillik arayışlarının verilməsi elektronlaşdırılır
09
apr
2026
15:57
Əlillik arayışının verilmə qaydası dəyişir.
BAKU.WS xəbər verir ki, əlilliyin qiymətləndirilməsinin nəticəsinə dair arayışın verilməsi Elektron Hökumət İnformasiya Sisteminə (EHİS) inteqrasiya ediləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) iyuna qədər bu inteqrasiyanı təmin etməlidir.
ƏƏSMN, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) xidmətin mövcud iş axınının təqdim edilməsini, myGov platformasında istifadəyə verilməsini, həmçinin təkmilləşdirmələr nəzərə alınmaqla yeni iş axınının təqdim edilməsi və razılaşdırılmasını təmin edəcək.
Oxşar xəbərlər
Ordubada qar yağıb - Faktiki hava
Ordubadın yüksək dağlıq ərazilərinə qar yağıb. Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, oktyabrın 21-i saat 11:0...