Elektrikli avtomobillər niyə hələ də Azərbaycanda populyar deyil? -AÇIQLAMA
Son illər dünyada elektrikli avtomobillərə maraq artdığı kimi, Azərbaycanda da bu istiqamətdə dəyişikliklər müşahidə olunur. Ekoloji təmiz nəqliyyat vasitələrinə keçid, həm iqtisadi, həm də ekoloji baxımdan müsbət addım hesab olunur.
Mövzu ilə bağlı avtomobil eksperti Eldəniz Cəfərova BAKU.WS-ə açıqlama verib.
Ekspert bildirib ki, elektrikli avtomobillərin Azərbaycanda gələcəyi yaxşı görünürdü. Dövlət tərəfindən bir sıra stimullaşdırıcı addımlar da atılıb. Ancaq Azərbaycanda maraq böyük olsa da, hələ də çox populyar deyil. Gələcəkdə populyar olması üçün müəyyən addımlar atılmalıdır. Enerji doldurma məntəqələri artırılmalıdır. Ancaq bu istiqamətdə də işlər o qədər sürətli getmir.
Onun sözlərinə görə, hazırda hibrid avtomobillərə maraq daha çoxdur və bu nəqliyyat növü ölkə bazarında daha populyardır.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Acınacaqlı şəraitdə yaşayan ana və oğul niyə yardımlardan imtina edirlər?
Bir müddət əvvəl Baku TV-nin qaynar xəttinə daxil olan şikayət əsasında Kəngərli rayonunun Şahtaxtı kəndində acınacaqlı vəziyyətdə yaşayan ana və oğul barədə sü...