Ələkbərin Vüqarla bağlı 20 il əvvəlki xatirəsi gündəm oldu
Tanınmış meyxana ustası Ələkbər Yasamallının mərhum şair Vüqar Biləcəri barəsində dediyi sözlər gündəm olub.
BAKU.WS xəbər verir ki, sosial şəbəkədə geniş yayılan göüntülərdə Ələkər Yasamallı mərhum söz ustası ilə bağlı 20 il əvvələ aid xatirəsini bölüşüb:
"2005-ci il olardı. Həmin vaxt Vüqar o qədər də çox tanınmırdı. Bir dəfə bir yerdə oturarkən yerli kanalların birindən Vüqara efirə çıxmaq təklifi gəldi. Lakin o, verilişdə kimlərin işitrak etdiyini soruşdu və bundan sonra kanala getməyəcəyini bildirdi. Həmin an başa düşdüm ki, o özünə dəyər verən şəxsdir. O, tanınmağa can atmırdı".
Oxşar xəbərlər
Pirşağıda suiti cəsədləri aşkarlanıb
Pirşağıda, Xəzər dənizinin sahilində bir neçə nöqtədə suiti cəsədləri aşkarlanıb. Ərazidə yaşayan sakinlər sahilə yayılan kəskin və xoşagəlməz qoxudan narahat o...