Eldar Mansurovun oğluna yüksək vəzifə verildi
İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu vəzifəyə Ülvi Mansurov təyin olunub.
O, 13 dekabr 1983-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistr dərəcələri, 2015-ci ildə isə Böyük Britaniyanın Uorvik Universitetinin Biznes Məktəbində MBA dərəcəsi alıb.
2013-cü ildə Azərbaycanda fəlsəfə doktoru, 2024-cü ildə isə Uorvik Universitetində biznes idarəçiliyi üzrə doktorluq dərəcəsinə yiyələnib.
Əmək fəaliyyətinə Azərbaycan Beynəlxalq Bankında (ABB) başlayıb və 2001-2012-ci illərdə ABB-də müxtəlif vəzifələrdə çalışıb.
2012-ci ildə "Bank Technique" ASC-nin İdarə Heyətinin sədri, 2015-ci ildə isə ABB-nin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.
2017-ci ildən "Azərpoçt" MMC-nin baş direktoru, 2018-ci ildən Vergilər Nazirliyinin İqtisadiyyat sahələrinin analitik təhlili və ekspertizası departamentinin baş direktoru, 2020-ci ildən sonuncu təyinatadək isə "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru vəzifələrində çalışıb.
Qeyd edək ki, Ü.Mansurov məşhur bəstəkar Eldar Mansurovun oğludur.
Oxşar xəbərlər
Sabah leysan xarakterli yağış yağacaq - HAVA PROQNOZU
Bakıda və Abşeron yarımadasında dekabrın 5-də arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Milli...