Elçin Quliyev "Zəfər" ordenli generala yüksək vəzifə verdi
28
yan
2026
14:50
Dövlət Sərhəd Xidmətində yeni kadr təyinatı olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev əmr imzalayıb.
Xidmət rəisinin əmri ilə Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri Komandanının birinci müavini - Qərargah rəisi general-mayor Nəsib Mirzəyev tutduğu vəzifədən azad edilərək xidmətin Baş İdarəsinə rəis təyin edilib.
Xatırladaq ki, N.Mirzəyev Vətən müharibəsində göstərdiyi şücaətə görə Prezident İlham Əliyevin sərəncamı ilə "Zəfər" ordeni ilə təltif edilib.
Oxşar xəbərlər
Səyahət etmək bahalaşacaq: Aviabiletlərin qiyməti arta bilər - PROQNOZ
Yaxın Şərqdəki münaqişənin uzanacağı təqdirdə, 2027-ci ildə beynəlxalq uçuşların qiymətinin 10% artacağı gözlənilir. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki,...