Əlcəzair və Türkiyənin bəzi vilayətlərindən Azərbaycana ət məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Əlcəzairin Uarqla, Ləğuat, Becaya əyalətlərində, Türkiyənin Hakkari vilayətində dabaq xəstəliyi qeydə alınıb.
Bu barədə BAKU.WS-ə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, ölkə ərazisinin bu yoluxucu xəstəlikdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən cütdırnaqlı heyvanların (iri və xırdabuynuzlu heyvanlar, donuz, dəvə və s.), habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Oxşar xəbərlər
Bankdan pul götürmək istəyənlərin nəzərinə: 2026-cı ildə faizlər necə olacaq?
Bankların yeni cəlb etdikləri depozitlər üzrə faiz dərəcələri azalsa da, kredit faizləri nəinki aşağı düşməyib, əksinə artım nümayiş etdirib. Belə ki, Azərbayca...