"Əkbər sevincindən bütün sığınacağı oyatdı"
"Qarabağ" UEFA Çempionlar Liqasının liqa mərhələsinin VII turunda Almaniya təmsilçisi "Ayntraxt" üzərində 3:2 hesablı tarixi qələbə qazanıb.
BAKU.WS xəbər verir ki, Mehriban Qadın Uşaq Sığınacağının sosial şəbəkə hesabında oyunu izləyən azyaşlıların videosu paylaşılıb.
Videoda onların "Qarabağ"ın zəfərinə necə sevindikləri əksini tapıb.
"Əkbər sevincindən bütün sığınacağı oyatdı", - paylaşımın rəyində bildirilib.
Qeyd edək ki, Əkbər bir müddət əvvəl "Qarabağ"ın "Ayaks"la oyununu sığınacaqda tək izləməsi ilə gündəmə gəlmiş, sonradan klub rəhbərliyi, eləcə də, komandanın baş məşqçisi Qurban Qurbanov onunla görüşmüşdü.
Oxşar xəbərlər
Hər şeyi əvvəlcədən planlaşdıran 5 bürc
Bəzi bürclər astroloji təsvirlərdə planlı, nizam-intizamlı və hər addımını əvvəlcədən düşünən xarakterləri ilə seçilir. Onlar gözlənilməz vəziyyətlərə hazır olm...