Əhaliyə XƏBƏRDARLIQ - Bu gün saat 15:00-dan sonra...

Əhaliyə XƏBƏRDARLIQ - Bu gün saat 15:00-dan sonra...
Sosial 832

Bu gün Günəş aktivliyi yüksək olacaq.

BAKU.WS xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.

Günəş səhtində müntəzəm baş verən C (zəif) sinif alışmalarla yanaşı, M (R1-R2-zəif-orta) sinif alışmalar və tac kültə atılması (TKA) baş verib. Bunun nəticəsində plazma kütləsinin iyun ayının ortaları üçün Yer yaxınlığından keçməsi proqnozlaşdırılır.

Bu gün saat 15:00-dan sonra Kp əmsalı 5 olan G1 səviyyəli geomaqnit qasırğası baş verəcək. Bu, iyunun 5-i səhər saatlarınadək davam edəcək. Gecə yarısı (5 iyun saat 00:00-03:00 aralığında) qasırğanın gücünün Kp əmsalı ilə 6 olacağı proqnozlaşdırılır.

İyunun 5-i saat 09:00-dan sonrakı müddətdə geomaqnit qasırğa sakit fon səviyyəsində olacaq. Prosesin Yerətrafı orbitdə olan aparatlara təsir etmə ehtimalı var.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bu hallarda insanlarda aqressiya təhlükəli həddə çatır

Bu hallarda insanlarda aqressiya təhlükəli həddə çatır

Yeniyetməlik dövründə ailə ilə mübahisələr, səsin yüksəldilməsi və ani emosional reaksiyalar tez-tez müşahidə olunur. Lakin təhdid, fiziki zorakılıq, özünə və y...

59 Sosial 22:51 16 oktyabr 2026

Son xəbərlər