Əhalini SEVİNDİRƏCƏK XƏBƏR - Bu həftədən başlayır...
"Noyabrın 15-dən ölkə üzrə istilik mövsümü başlayır. Hazırda istilik sistemlərinin sazlanması və sınaq işləri yekunlaşmaq üzrədir".
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib.
Onun sözlərinə görə, bu il ölkədə təxminən 3800 yaşayış binası, 449 təhsil müəssisəsi, 152 səhiyyə obyekti və 2500 sosial-təsərrüfat təyinatlı bina istiliklə təmin ediləcək:
"İstilik sistemlərinin təhlükəsiz və fasiləsiz fəaliyyəti üçün "Azəristiliktəchizat" ASC tərəfindən avadanlıqların texniki baxışı, nasos və qazanxana avadanlıqlarının sınaqdan keçirilməsi həyata keçirilib".
Qeyd edək ki, noyabrın 1-də respublikanın 14 dağlıq və dağətəyi rayon və şəhərlərində istilik mövsümü başlayıb. Aprelin 15-də bütün ölkə üzrə istilik mövsümü yekunlaşacaq. Mayın 1-də isə 14 dağlıq və dağətəyi rayon və şəhərdə mövsüm sona çatacaq.
Orxan Hüseyn
Oxşar xəbərlər
Valideynlərə müraciət: Erkən evlilik uşağın gələcəyinin əlindən alınması deməkdir
Erkən evlilik təkcə qanun pozuntusu deyil, bir uşağın gələcəyinin əlindən alınması deməkdir. BAKU.WS xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə D...