Əbu-Dabidən Bakıya hərəkət edən aviareys geri qayıdır
"Air Arabia Abu Dhabi" aviaşirkətinə məxsus Əbu-Dabi–Bakı marşrutu üzrə həyata keçirilən ADY 730 nömrəli reys hava məkanının bağlanması ilə əlaqədar olaraq hava gəmisinin kapitanı tərəfindən geri dönmə qərarı qəbul edilib.
Bu barədə BAKU.WS-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.
Bildirilib ki, qərara əsasən, reys marşrut üzrə hərəkətini dayandıraraq bazası olan Əbu-Dabi Beynəlxalq Aeroportuna geri qayıdır. Qərar uçuş təhlükəsizliyinin prioritetliyi prinsipi əsas götürülərək qəbul olunub.
Xatırladaq ki, bu gün İsrail Dövləti ölkəyə qarşı təhdidləri aradan qaldırmaq üçün İrana qabaqlayıcı zərbə endirib. İsrailin bütün ərazisində dərhal fövqəladə vəziyyət elan edilib. Yaxın Şərqdə baş verən hadisələr səbəbindən təhlükəsizlik məqsədilə bu bölgəyə daxil olan bəzi ölkələr hava məkanlarını bağlayıb. Məlumatlarda qeyd olunub ki, ABŞ İsrailin İrana endirdiyi zərbələrdə iştirak edir.
Oxşar xəbərlər
AZAL: Naxçıvan istiqaməti üzrə aviareyslər ştat rejimində həyata keçirilir
Naxçıvan istiqaməti üzrə planlaşdırılan aviareyslər ştat rejimində həyata keçirilir. Bu barədə BAKU.WS-ə "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) bildirilib. Mə...