Duaların ən çox qəbul olduğu ay açıqlandı
"Oruc zamanı duaların və ibadətlərin qəbul olunması ilə bağlı xüsusi məqamlar var. Peyğəmbərimiz (s) buyurub ki, oruc tutanın duası rədd olunmaz. Xüsusilə Ramazan ayı, Quranın nazil olduğu mübarək bir zaman olduğuna görə, bu ayda duaların qəbul olunma ehtimalı daha yüksəkdir. Məsələn, elə iftar zamanı edilən dua. Peyğəmbər (s) buyurub ki, oruc tutanın iftar zamanı etdiyi dua rədd olunmaz".
Bu sözləri BAKU.WS-ə açıqlamasında ilahiyyatçı Fərid Abdullah bildirib.
"Həmçinin obaşdanlıq etdikdə də, dua etmək tövsiyə edilir. Gün boyu oruc tutan kəsin nəfəsi təsbih, yuxusu ibadət sayılırsa, onun duası hansı məqamda olar? Qədr gecələri Ramazanın ən fəzilətli gecələridir və duaların qəbul olunmasına dair Quranda və hədislərdə açıq şəkildə qeyd edilir. Bu səbəbdən Ramazan ayı təkcə orucla deyil, dua, istiğfar və ibadətlə də keçməlidir ki, insanın həm ruhu, həm də həyat tərzi dəyişsin",-deyə dinşünas əlavə edib.
Oxşar xəbərlər
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Dekabrın 16-da Xaçmazın 27 kəndində qaz təchizatında fasilə yaranacaq. BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin Xaçmaz Regional Qaz İs...