Dövlət Xidməti: Cəmil Ləmbəranskinin mülkünün reyestrə daxil edilməsi məsələsinə baxılacaq
Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü Cəmil Ləmbəranskinin Bərdənin Ləmbəran kəndindəki mülkü tarixi abidələrin reyestrinə daxil deyil.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.
Bidirilib ki, həmin tikli tarixi və memarlıq əhəmiyyəti nəzərə alınaraq reyestrə daxil edilməsi üçün yeni aşkarlanmış abidə qismində qeydə alınıb.
"Bu məsələyə Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert şurasının növbəti iclaslarında baxılması üçün təqdim olunacaq", - məlumatda vurğulanıb.
Xatırladaq ki, sosial şəbəkədə Azərbaycan Xalq Cumhuriyyəti parlamentinin üzvü Cəmil Ləmbəranskinin Bərdənin Lənbəran kəndindəki mülkünün baxımsız və dağılmaq üzrə olması barədə fotolar paylaşılıb.
Oxşar xəbərlər
28 günlük tarif paketləri vətəndaşları qane edir?
Mobil operatorların tarif paketlərini 28 günlük müddətə təqdim etməsi abonentlərin illik rabitə xərclərinə təsir göstərir. BAKU.WS-in məlumatına görə, Azərbayc...