Süpürgəçilər arasında dava: Məhkəmə qərar verdi

16
sen
2025
16:40
"DOST İş Mərkəzi" MMC tərəfindən ərazidə fəaliyyət göstərən kommunal xidmət müəssisəsinə təhkim edilmiş işçilər arasında baş verən dava ilə bağlı məhkəmə qərar qəbul edib. BAKU.WS Qaynarinfo-ya istinadən xəbər verir ki, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi ərazisində süpürgəçilər qadınlar arasında baş verib. Belə ki, 1980-cı ildə Bakı şəhərində doğulmuş, DOST İş Mərkəzində süpürgəçi işləyən Qaçay həmin ərazidə 3 ildir ki, eyni işi görən Ülviyyə adlı qadının üz nahiyəsindən zərbə vurub. Əvvəlcə Qaçay zərərçəkmiş qadına yaxşı işləmədiyini və ərazisində olan zibillərin külək vasitəsilə onun ərazisinə uçduğunu deyərək mübahisə etməyə başlayıb. Bundan sonra Qaçay əli ilə bir dəfə onun üzünə zərbə vuraraq ərazidən uzaqlaşıb. Məhkəmənin qərarı ilə Qaçay Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və aylıq qazancından 15% dövlət nəfinə pul tutulmaqla 6 ay müddətə islah işləri cəzasına məhkum edilib.
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN)
Oxşar xəbərlər
XƏBƏRDARLIQ - Bu tarixədək Bakıda YAĞIŞ YAĞACAQ
Bakıda və Abşeron yarımadasında sentyabrın 16-dan 17-nə keçən gecə və 17-də arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə ver...
