DOST Agentliyinin İdarə Heyətinin sədrinə yeni müavinlər təyin olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin sədrinə yeni müavinlər təyin olunub.
BAKU.WS quruma istinadən xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin müvafiq əmrinə əsasən Tural Mailov və Aygün Musayeva DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyinat alıblar.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov yeni təyin olunan hər iki müavini kollektivə təqdim edib.
Qeyd edək ki, Tural Mailov bundan əvvəl Agentliyin İdarə Heyəti sədrinin müşaviri, Aygün Musayeva isə DOST Xidmətləri departamentinin müdiri vəzifələrində çalışıblar.
Oxşar xəbərlər
Bakıda iki küçənin kəsişməsindəki problem həll edildi?
Bir müddət əvvəl Baku TV-nin "Necə olmalıdır?" rubrikasında Rəşid İsmayılov və Yəhya Hüseynov küçələrinin kəsişməsindəki problemlə bağlı çəkiliş aparılmışdı. Sə...