Direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən, şagird sayı 500-dək olan və direktor vəzifəsi vakant qalan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilir.
BŞTİ-dən BAKU.WS-ə bildirilib ki, müsahibələr zamanı müvafiq komissiyalar tərəfindən namizədlərin liderlik və strateji idarəetmə, pedaqoji fəaliyyət, idarəçilik və təşkilatçılıq, ünsiyyət, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial-emosional bacarıqları qiymətləndirilir.
Müsahibənin nəticələri namizədlərin şəxsi kabinetlərinə göndəriləcək.
Qeyd edək ki, 29 iyun–8 iyul 2026-cı il tarixlərində keçirilən ərizə qəbulu mərhələsinin yekunlarına əsasən, 109 namizəd BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsində iştirak hüququ qazanıb.
Qalereya
Oxşar xəbərlər
Xəstəni 40 dəqiqə döydüyü iddia edilən sanitar danışdı: "Böhtan ataraq məni işdən çıxarıblar"
Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitarın köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döydüyü faktı ilə bağlı təqsirləndirilən şəxs dan...