DİN-dən ÇAĞIRIŞ - Hər kəs dəstək olsun
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən ölkədə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə ictimai asayişin təmini məqsədilə bütün təhlükəsizlik tədbirləri həyata keçirilir.
BAKU.WS xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
"Polis əməkdaşları insanların sıx toplaşdığı məkanlarda və avtomobil yollarında təhlükəsizliyin təmin olunması üçün xidmətlərini gücləndirilmiş rejimdə davam etdirirlər. Polisin gördüyü tədbirlər və qanunvericiliyin tələbləri vətəndaşların təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Hər kəsi qaydalara riayət etməyə və ictimai asayişin qorunmasına dəstək göstərməyə çağırırıq. Bayramınız təhlükəsiz keçsin!", DİN-in məlumatında deyilir.
Oxşar xəbərlər
Azərbaycan və Türkiyə tankerlərinin qəzasına görə xilastemə qrupları hazır vəziyyətə gətirilib
Türkiyənin "Haber Global" telekanalı İstanbulun Florya sahillərində Azərbaycan və Türkiyə bayraqlı tankerlərinin lövbər zəncirlərinin bir-birlərinə ilişməsi və...