Deputat Ramil Həsən mandatından İMTİNA edir
Milli Məclisin deputatı Ramil Həsən yaxın günlərdə Mərkəzi Seçki Komissiyasının (MSK) onun mandatına xitam verəcəyini deyib.
BAKU.WS xəbər verir ki, "Report"a bununla bağlı açıqlama verən deputat qeyd edib ki, buna səbəb TÜRK PA-nın baş katibi seçilməsidir.
"15 oktyabrdan etibarən Türk Dövlətləri Parlament Assambleyasının Baş Katibi olaraq Beynəlxalq Təşkilatda vəzifəmin icrasına başlayacağam. Qanuna uyğun olaraq Deputat Mandatıma MSK tərəfəndən yaxın günlərdə xitam veriləcək. 5 Dövlətin Parlamentini birləşdirən beynəlxalq təşkilata, diplomatik korpusa rəhbərlik edəcəyim üçün başqa vəzifələr daşıya bilmərəm. Çünki bütün ölkələrin parlamentlərini birləşdirən TÜKR PA Baş Katibi kimi ortaq təmsilçi olaraq fəaliyyət göstərməliyəm", - o deyib.
Oxşar xəbərlər
Sumqayıtda "ölüm növbəsi" gözləyən bina: "Dedilər ki, mümkün deyil, dağılacaq"
Sumqayıt şəhəri, 15-ci məhəllə, 4 saylı yataqxanada yaşayan sakinlər Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, artıq bir neçə ildir şəraitsiz v...