Deputat: Məktəblərin yaxınlığında köşklər qoyulub, dənə-dənə siqaretlər satılır
"Tütün məhsullarının məhdudlaşması, onun reklamının qadağan olunması haqqında bizim qanunlarımız var və təəssüf olsun ki, bu qanunlarımız kifayət qədər hüquqi cəhətdən əsaslandırılmış və mükəmməl olsa da, onun işləməsi haqqında o sözləri deyə bilmirik".
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan "Tütün və tütün məmulatı haqqında Qanun"a təklif olunan dəyişikliyin müzakirəsi zamanı komitə sədri Musa Quliyev bildirib.
"Qanun qəbul olunandan xeyli vaxt sonra, xüsusən tütün məhsullarının istifadəsinin məhdudlaşdırılması haqqında qanunumuz demək olar ki, işləmir. Çox təəssüf olsun ki, qanunun işləməsinə nəzarət edən qurumlar da bu nəzarəti kifayət qədər aparmırlar. Hətta məktəblərin lap yaxınlığında da siqaret köşkləri qoyulub, hətta dənə-dənə siqaretlər satılır. Bütün bunlar hamısı qanunun çox ciddi şəkildə pozulmasıdır. Mən çox arzu edərdim ki, qanuna nəzarət edən orqanlar bu sahədə öz fəaliyyətlərini artırsınlar", - Musa Quliyev bildirib.
Oxşar xəbərlər
Sosial şəbəkədə işə qəbulla bağlı saxta elanlar paylaşaraq dələduzluq edən şəxs saxlanılıb
Sosial şəbəkədə saxta iş elanları yerləşdirərək dələduzluqlar edən 38 yaşlı Mahmud Şərifov saxlanılıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, müəyyən edili...