Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib
Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev həbs edilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, İ. Mustafayev xüsusilə külli miqdarda mənimsəmədə və vəzifə səlahiyyətlərini aşmada təqsirləndirilir.
Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü və 308-ci maddələri ilə ittiham irəli sürülüb.
Onun barəsində Binəqədi Rayon Məhkəməsi tərəfindən 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bir neçə gün öncə Hesablama Palatası Dənizkənarı Bulvar İdarəsində audit yoxlaması aparıb və çatışmazlıqlar aşkar olunub. Onunla bağlı toplanmış materiallar Baş Prokurorluğa göndərilmişdi.
Oxşar xəbərlər
Sakinlər beş ildir evsiz qaldıqlarını iddia edirlər: "Bizi aldadıblar"
Baku TV-nin qaynar xəttinə müraciət edən bir qrup sakin bildirir ki, Nərimanov rayonunda yerləşən pilot tikinti layihəsi çərçivəsində sökülən evlərinin əvəzində...