Dəniz mənzərəli ev alanların NƏZƏRİNƏ! Problemlə üzləşməmək üçün...

Dəniz mənzərəli ev alanların NƏZƏRİNƏ! Problemlə üzləşməmək üçün...
Video
Sosial 53

Dəniz mənzərəsini bir müddət sonra əvəz edən divar görüntüsü...

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, dəniz mənzərəli binada mənzillər, digər binalarla müqayisədə 30-50 faiz baha təklif edilir. Lakin qarşıda yeni bina tikildikdə və mənzilin mənzərəsi bağlandıqda qiyməti də kifayət qədər düşür.

Əmlak eksperti Firdovsi Xəlilov bildirir ki, şəhərin bəzi ərazilərində vətəndaşın mənzərəyə aldanma riski daha yüksəkdir. Lakin bu risk də ərazinin relyefinə uyğun tikən binanın mərtəbə sayına görə fərqlənir.

Vəkil Tural Şahbazov deyir ki, məsələnin hüquqi tərəfi müqavilə əsasında tənzimlənir. Belə ki, Əgər vətəndaş mənzili alarkən müqavilədə "dəniz mənzərəsi" bəndi varsa, gələcəkdə belə problemlə üzləşərsə, məhkəməyə müraciət edərək haqqını tələb edə bilər.

Qısası, mənzil alarkən mənzərəsinə görə artıq ödəniş etməyi gözə alan vətəndaşlar, müqavilədə bu barədə bəndin daxil edilib, edilməməsinə diqqət yetirməlidirlər. Əks halda bir gün görəcəkləri mənzərə yalnız qarşıdakı binanın fasadı ola bilər.

Ətraflı videomaterialda:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər