Daha üç xəstəxanada elektron növbə sistemi istifadəyə verildi
Daha üç tibb müəssisəsində - Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada, Şirvan Şəhər Mərkəzi Xəstəxanasında və Lənkəran Rayon Mərkəzi Xəstəxanasında elektron növbə sistemi qurulub.
BAKU.WS xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Qeyd olunub ki, mərhələli şəkildə icra olunan bu proses adıçəkilən tibb müəssisələrində yekunlaşıb.
Tibb müəssisələrində quraşdırılan yeni sistem sayəsində qəbul zamanı yaranan sıxlıq müəyyən qədər aradan qaldırılacaq, insanlar vaxt itkisi olmadan növbəyə yazılacaq və rahatlıqla tibbi xidmətlərdən yararlanacaqlar. Burada elektron növbə monitorlarının quraşdırılması canlı növbənin idarə edilməsinə dəstək verəcək, növbə prosesinin ardıcıllığına nəzarəti təmin edəcək.
Qeyd edək ki, artıq ölkə üzrə 20-dən çox tibb müəssisəsində elektron növbə monitorları quraşdırılıb, elektron növbə sistemi tam işlək vəziyyətə gətirilib.
Qalereya
Oxşar xəbərlər
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
Sabah Bakının Xətai və Suraxanı rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin...