Daha bir şəhərdə qaranlıq küçələr işıqlandırılacaq
Neftçala Rayon İcra Hakimiyyəti başçısının Neftçala şəhər inzibati ərazi nümayəndəliyi şəhərin gecə işıqlandırma sisteminin yenilənməsi məqsədilə tender elan edib.
BAKU.WS-in məlumatına görə, satınalma xarici işıqlandırma qurğuları və aksesuarları üzrə aparılacaq.
Bu təşəbbüs Neftçala şəhərinin infrastrukturunun yenilənməsi və təhlükəsizliyin artırılması məqsədini daşıyır.
Yeni işıqlandırma avadanlıqları sayəsində şəhərin küçə və prospektlərində gecə görünüşü və hərəkət təhlükəsizliyi yaxşılaşacaq. Bu, şəhərin abadlaşdırılması və enerji səmərəliliyinin artırılması istiqamətində Neftçala rayonunda həyata keçirilən tədbirlərin növbəti mərhələsidir.
Oxşar xəbərlər
Kartdan-karta pul köçürənlərə vacib xəbər
Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqqı tarifləri təsdiqlənib. Tariflərə əsasən, bəzi hesablaşma sistemləri üzrə xidm...