Daha bir rayonda 2 və 3 otaqlı mənzillər vətəndaşlara pulsuz veriləcək
Sosial Xidmətlər Agentliyi Yardımlı rayonunda əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin mənzillə təmin edilməsi məqsədilə satınalma elan edib.
BAKU.WS-in məlumatına görə, satınalmanın ehtimal olunan dəyəri 2 milyon 585 min manat təşkil edir.
Layihəyə əsasən, Yardımlı rayonunda ümumilikdə 32 mənzil alınması nəzərdə tutulur. Bunlardan 10-u üçotaqlı, 18-i ikiotaqlı, 4-ü isə birotaqlı olacaq.
Alınacaq mənzillərin əlilliyi müəyyən olunmuş şəxslərə və şəhid ailələrinə təqdim edilməsi planlaşdırılır. Layihənin məqsədi bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onların sosial təminatının gücləndirilməsidir.
Oxşar xəbərlər
Bakıda yeni məktəb binası tikilir - 624 şagird oxuyacaq
Paytaxtın Nəsimi rayonunda yerləşən 151 nömrəli tam orta məktəbin yeni binasının tikintisi istiqamətində növbəti mərhələyə start verilir. BAKU.WS-in məlumatına...