Daha bir kafedə iyrənc mənzərə
Naxçıvan Muxtar Respublikasının Babək şəhərində fəaliyyət göstərən kafedə ötən günlərdən qalmış dönərin təkrar termiki emala məruz qoymaqla satışının həyata keçirildiyi aşkarlanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Muxtar Respublikanın Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Babək şəhərində fəaliyyət göstərən Süleymanzadə Xətai Məhərrəm oğluna məxsus kafedə gigiyenik qaydalara əməl olunmadığı, dezinfeksiya işlərinin aparılmadığı, mal qonşuluğu prinsipinə və temperatur rejiminə riayət olunmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi, ötən günlərdən qalmış dönərin təkrar termiki emala məruz qoymaqla satışının həyata keçirildiyi aşkarlanıb.
Aşkarlanan nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək kafedə dönər xidməti məhdudlaşdırılıb.
Qalereya
Oxşar xəbərlər
Xəstəni 40 dəqiqə döydüyü iddia edilən sanitar danışdı: "Böhtan ataraq məni işdən çıxarıblar"
Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitarın köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döydüyü faktı ilə bağlı təqsirləndirilən şəxs dan...