Dağlıq rayonlarda 19 dərəcəyədək şaxta qeydə alınıb – FAKTİKİ HAVA
Milli Hidrometeorologiya Xidmətinin fevralın 27-si saat 08:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində, o cümlədən Bakıda və Abşeron yarımadasında qar yağır.
BAKU.WS xəbər verir ki, qar örtüyünün hündürlüyü Qaxda (Sarıbaş) 59 sm, Altıağac və Şəkidə 31 sm, Qəbələdə 28 sm, Qubada 25 sm, Xaltanda 20 sm, Zaqatalada 18 sm, Şahdağda 17 sm, Şahbuz və Oğuzda 16 sm, Daşkəsəndə 15 sm, Qobustan və Qusarda 10 sm, Kəlbəcər, Mingəçevir, Şabran və Gədəbəydə 8 sm, Laçın, Qubadlı, Şuşa və Balakəndə 7 sm, Xankəndi, Füzuli, Xocalı, Göyçay, Yevlax, Tərtər, Naftalan, Kürdəmir, Sabirabad, Neftçala və Bərdədə 5 sm, Bakıda və Abşeron yarımadasında isə 12 sm olub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3 dərəcə şaxta, Aran rayonlarında 2 dərəcə şaxta, Naxçıvan Muxtar Respublikasında 11 dərəcə şaxta, dağlıq rayonlarda isə 19 dərəcəyədək şaxta qeydə alınıb.
Yağıntılar fevralın 27-si gündüz saatlarından tədricən kəsiləcək.
Oxşar xəbərlər
Bakıda 4 il əvvəl açılışı olmuş bağça niyə hələ də fəaliyyət göstərmir?
Binə qəsəbəsində yerləşən 346 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə hazıdır, hətta 4 il öncə açılışı da olub, amma hələ də fəaliyyət göstərmir. BAKU.WS X...