"Çörəkpulu" alan köçkünlərin sayı azalıb
13
mar
2025
22:49
2024-cü ilin sonuna dövlətdən vahid aylıq müavinət ("çörəkpulu") alan keçmiş məcburi köçkünlərin sayı 408 400 nəfər olub.
BAKU.WS Modern.az-a istinadən xəbər verir ki, həmin şəxslərdən 50 200 nəfər 33 manat, 358 200 nəfər isə 60 manat alanlardır.
Bu məqsədlə dövlət büdcəsindən keçmiş məcburi köçkünlərə ümumilikdə 287 207,7 min manat məbləğində vəsait xərclənib.
Bildirilib ki, 2024-cü il il ərzində keçmiş məcburi köçkünlərin siyahılarında mütəmadi olaraq aparılmış dürüstləşmələr nəticəsində "çörəkpulu" alanların sayı 39 100 nəfər azalıb.
Oxşar xəbərlər
Valideynlərə müraciət: Erkən evlilik uşağın gələcəyinin əlindən alınması deməkdir
Erkən evlilik təkcə qanun pozuntusu deyil, bir uşağın gələcəyinin əlindən alınması deməkdir. BAKU.WS xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə D...