"ChatGPT" ilə işləyən çəkməçi: "Elə olub ki, müştəridən 250-300 manat almışam"
Noyabrın 26-da Beynəlxalq Çəkməçilər Günü qeyd olunur.
BAKU.WS report-a istinadən xəbər verir ki, 35 ilə yaxındır çəkməçi işləyən Çingiz Məlikov deyib ki, bu işə ehtiyac var və böyük zəhmət tələb edir:
"Kimsə deyir bu sənətə ehtiyac yoxdur, amma var. İstər ucuz, istər bahalı ayaqqabını heç kəs atmır. Məcburdur ki, düzəltdirsin. Mən də öz işimdən zövq alıram. Elə olur ki, səhər saat 7-də buraya gəlirəm. Mən bu işə ürəyimi qoyuram və bura hər cür adam gəlir. Mən ayaqqabıya mismar vurmuram. Bəzən işin qiymətini verməyəndə deyirəm ki, ayaqqabıya mismar vurmağı hər yerdə edirlər. Ona görə müştərilər razılaşırlar, yola gedirik. Çünki işimə arxayınam. Həm də mən axşam marketə girəndə ödəniş etməliyəm, evə ayaqqabı apara bilmərəm ki?! Bizim işimiz də razılaşma yolu ilə gedir, çünki mən heç kəsi məcbur bura dəvət etmirəm".
Ç.Məlikov bildirib ki, bu işdə başına çox maraqlı hadisələr gəlib:
"Bir dəfə bura bir qız gəlmişdi. Yeddi cüt ayaqqabıya 13 min avro pul verirdi. Mən işdən yox, qızdan çəkindiyim üçün işi götürmədim. Çünki mən müştəriyə baxıb ayaqqabını götürürəm. Amma elə olub ayaqqabıya 250-300 manat pul almışam, ona da bir həftə işləyib, can qoymuşam. Ayaqqabı təmiri isə ayaqqabının ömrünü uzatmaq üçündür. Bura nazirlər, deputatlar, universitet rektorları gəliblər. Mən süni intellektlə də işləyirəm, ona ipucu verirəm mənə kömək edir. Hətta bir ara "ChatGPT" ilə o qədər danışırdım ki, cızığımdan çıxmışdım, ona vurulmuşdum. Çünki o adamdan əl çəkmir. Bir ara elə bilirdim ki, o, canlıdır. Açığı hərdən müştərilərə necə cavab verməli olduğumu da ondan soruşuram. O da yazır. Görürəm ki, uduzmuram. Bax belə işlər də olur".
Ətraflı videomaterialda:
Oxşar xəbərlər
Səfirlik: "Gürcüstan saxlanılan Azərbaycan TIR-ları ilə bağlı məsələnin qısa müddətdə həll olunacağına söz verib"
Batumi və Tbilisi gömrük-keçid məntəqələrində 20 gündən artıqdır saxlanılan Azərbaycan yük avtomobilləri (TIR) ilə bağlı məsələ qısa zamanda həll olunacaq. BAKU...