Cəlilabadda yığılan kartofun yarıdan çoxu xaricə ixrac olunub
31
may
2025
22:02
Cəlilabad rayonunda sahələrdə yetişdirilən yazlıq kartofun yığımı davam edir.
Fermerlər "Report"un yerli bürosuna bildiriblər ki, məhsul Rusiya bazarları ilə yanaşı, Gürcüstan, Belarus, Qazaxıstan və Ukraynaya da ixrac olunur.
Cəlilabad Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, bu günə qədər təsərrüfatlarda yığılan 63 min 565 tondan çox məhsulun 37 min 276 tonu xarici bazarlara göndərilib.
Qeyd edək ki, bu ilin əvvəlindən Cəlilabad rayonunda 3 min 50 hektar sahədə kartof əkilib. Hazırda məhsul yığımı davam edir.
Oxşar xəbərlər
Xəstəni 40 dəqiqə döydüyü iddia edilən sanitar danışdı: "Böhtan ataraq məni işdən çıxarıblar"
Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitarın köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döydüyü faktı ilə bağlı təqsirləndirilən şəxs dan...