Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni təyin olunan direktor kollektivə təqdim edilib
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə Oktay Əmənullayev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasın direktoru vəzifəsinə təyin olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, TƏBİB-in İcraçı direktorunun müşaviri Anar Ağayev Oktay Əmənullayevi tibb müəssisəsinin kollektivinə təqdim edib.
A.Ağayev çıxış edərək direktor vəzifəsinə yeni təyin olunan O.Əmənullayevin idarəçilik təcrübəsi və tibb sahəsindəki peşəkarlığını vurğulayaraq kollektivə uğurlar arzulayıb.
O.Əmənullayev çıxışı zamanı göstərilən etimada görə təşəkkürünü bildirib və qarşıya qoyulan tapşırıqların vaxtında icrası, yeni layihələrin həyata keçirilməsi istiqamətində prioritet planlarını təqdim edib.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsini icra edəcək Oktay Əmənullayev ixtisasca anestezioloq-reanimatoloqdur və yeni təyinata qədər Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb.
*** 08:45
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, müvafiq əmrlə bu vəzifəyə Oktay Əmənullayev təyinat alıb.
Qeyd edək ki, O. Əmənullayev bu təyinata qədər Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru olub.
Qalereya
Oxşar xəbərlər
Bu il Ukraynada 36 azərbaycanlıya vətəndaşlıq, 194 nəfərə isə daimi yaşamaq icazəsi verilib
2026-cı il yanvarın 1-dən avqust 15-ə qədər 1 396 Azərbaycan vətəndaşı Ukraynada müvəqqəti yaşamaq, 194 nəfər daimi yaşamaq icazəsi, 36 azərbaycanlı isə Ukrayna...