Cəbrayılda yeni yaşayış məntəqəsinin seldən mühafizəsi üçün yeddi milyon manat ayrıldı
Cəbrayıl rayonunun Şükürbəyli kəndində salınan 1042 ailəlik yaşayış məntəqəsinin (I mərhələ - 635 ailəlik) sel sularından mühafizəsi məqsədilə genişmiqyaslı infrastruktur layihəsinin icrası üçün müsabiqə elan olunub.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən təşkil edilən müsabiqənin ehtimal olunan qiyməti 7 milyon 149 min 177.5 manat təşkil edir.
Layihə çərçivəsində yaşayış məntəqəsində sel sularından mühafizə tədbirlərinin görülməsi, drenajların qurulması, istinad divarlarının və körpülərin tikintisi, eləcə də yağış kanalizasiya şəbəkəsinin inşası nəzərdə tutulur.
Tenderə 29 yanvar 2026-cı il tarixində yekun vurulacaq.
Oxşar xəbərlər
Siqaretə ən çox pul hansı bölgədə xərclənir? – Bakı deyilmiş...
2025-ci ildə Azərbaycanda siqaret və digər tütün məmulatlarına çəkilən xərclərlə bağlı statistik göstəricilər açıqlanıb. Bu barədə Dövlət Statistika Komitəsinin...