Cəbrayıla köç edəcək sakinləri SEVİNDİRƏCƏK XƏBƏR
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Cəbrayıl rayonunun Şükürbəyli kəndində yeni klub-icma mərkəzi inşa edəcək.
BAKU.WS-in məlumatına görə, 1042 ailə üçün nəzərdə tutulmuş kənd yaşayış məntəqəsində icma və mədəni tədbirlərin keçirilməsi üçün xüsusi mərkəz tikiləcək.
Tikinti işləri kəndin birinci mərhələsi çərçivəsində - 635 ailənin yaşayacağı hissədə həyata keçiriləcək.
Layihənin ehtimal olunan dəyəri 2 milyon 108 min manat təşkil edir. Yeni tikili kənd sakinləri tərəfindən toplantılar, mədəni tədbirlər və ictimai fəaliyyətlər üçün istifadə olunacaq.
Qeyd edək ki, Şükürbəyli kəndində həyata keçirilən yaşayış layihəsi işğaldan azad edilmiş ərazilərə qayıdan sakinlər üçün sosial infrastrukturun yaradılması məqsədi daşıyır.
Oxşar xəbərlər
Bakı metrosunda dəhşətli ANLAR - Sərnişin hər kəsin gözü qarşısında can verdi
Bu gün saat 20:20 radələrində "28 May" stansiyasında sərnişin qatar yoluna düşüb. Bakı metropolitenindən BAKU.WS-ə verilən məlumata görə, dərhal təmas relsindən...