Cəbrayıl rayonunun sakinləri üçün SEVİNDİRİCİ XƏBƏR
Cəbrayıl rayonunun Şükürbəyli kəndində salınan yeni yaşayış massivində sahədaxili ərazilər və fərdi evlər qazla təzhiz ediləcək.
BAKU.WS-in məlumatına görə, layihə 1042 ailə üçün nəzərdə tutulsa da, ilk mərhələdə 635 ailəni əhatə edəcək.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən həyata keçiriləcək layihə çərçivəsində kənd daxilində qaz xətlərinin çəkilməsi, evlərin qaz şəbəkəsinə qoşulması və bununla bağlı bütün zəruri infrastruktur işlərinin görülməsi planlaşdırılır. Görüləcək işlər üçün ehtimal olunan məbləğ 4 milyon manatdan çoxdur.
Qeyd edək ki, bu layihə Şükürbəyli kəndinə köçəcək ailələrin rahat və təhlükəsiz yaşayış şəraitinin təmin olunmasına, xüsusilə qış aylarında enerji təminatının yaxşılaşdırılmasına xidmət edəcək.
Oxşar xəbərlər
Azərbaycanda bu məhsullar BAHALAŞIB - SİYAHI
"Azərbaycanda son dövrlər bəzi kənd təsərrüfatı məhsullarının qiymətində artım müşahidə olunur. Bu artım daha çox gündəlik istifadə olunan məhsullarda özünü gös...