Çay yoxsa, kofe? Hansı daha çox kökəldir?

Çay yoxsa, kofe? Hansı daha çox kökəldir?
Sosial 19

Son dövrlərdə çay və qəhvənin sağlamlığa təsiri ilə bağlı müzakirələr genişlənib. Mütəxəssislər bildirirlər ki, içkilərin özü yox, ona əlavə edilən məhsullar - şəkər, krem, şirniyyat və şərbət çəki artımına səbəb olur.

BAKU.WS xəbər verir ki, mütəxəssislər qeyd edir ki, şəkərsiz çay kalorisizdir və çəki artımına səbəb olmur. Lakin çaya şəkər, mürəbbə və digər şirin əlavələr əlavə edildikdə, gündəlik kalori qəbulu artaraq çəki artımına səbəb ola bilər. Məsələn, bir fincan çaya 2 çay qaşığı şəkər əlavə olunduqda orta hesabla 30-40 kalori qəbul edilir. Gündə 5-6 fincan çay içən şəxslərdə bu rəqəm 200 kalori və daha çox ola bilər.

Qəhvə də şəkərsiz və təmiz halda kalorisizdir. Lakin kafe və restoranlarda verilən latte, kapuçino və karamelli içkilər süd, krem və şərbət səbəbindən yüksək kalorili olur. Şəkərsiz qara qəhvə 0-2 kalori təşkil edir, kapuçino 80-120 kalori, şirin karamelli latte isə 300-450 kaloriyə qədər kaloriyə malikdir.

Dietoloqların sözlərinə görə, qəhvənin içərisinə əlavə olunan süd və krem məhsulları onu çaya nisbətən daha yüksək kalorili edir. Buna görə də şirin və kremli qəhvələr çaydan daha çox kökəldə bilər.

Mütəxəssislər vurğulayırlar ki, balanslı şəkildə, şəkərsiz və əlavə məhsulsuz içildikdə həm çay, həm də qəhvə sağlamlığa faydalıdır və çəki artımına səbəb olmur. Şirniyyat və mürəbbə ilə birlikdə istehlak edilmədikdə bu içkilər təhlükəsiz sayılır.

Son xəbərlər