Bu yay da hava yağışlı keçəcək? - AÇIQLAMA
Son zamanlar yağıntılarən çox olmasına səbəb bütün kainatın dövrilik qanunudur. Günəş sistemində çoxillik dövrilik qanunu var. Xəzər dənizi də həmin qanuna tabedir.
Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev deyib.
"Əsas səbəb də budur ki, yağıntılı dövrdə səviyyə qalxır, quraqlıq dövrdə enir. Bu hardasa 40-45 illər ərzində baş tutur. Xəzər artıq maksimal dərəcədə quruyub, səviyyəsi düşüb. Beləliklə Azərbaycanda yağıntılı dövr başlayıb. Bundan sonra yavaş-yavaş Xəzər dənizinin səviyyəsi qalxmağa başlayacaq. Dənizdə üzə çıxan torpaqlar tədricən su ilə örtüləcək. Bu da təqribən 35-40 il çəkəcək".
Ekspertin sözlərinə görə, yazın sərin keçməsi normal haldır.
"Havaların isinməsi ilə bağlı onu deyə bilərəm ki, burada çoxillik göstəricilərlə azmaz fərq var. İl olurdu ki, yanvar-fevral aylarında Bakı və Sumqayıta bir damla belə yağıntı düşmürdü. İndi isə bol yağıntılı dövrdür. Yayın ömrü qısalmayıb, 3 aydır. Azərbaycan ərazisində yazın axırı ilə yayın əvvəli yağıntılar dövrüdür. Bu dövr çoxillik qanunauyğunluqlara xəyanət etməsə yenə də təkrarlanacaq", deyə ekspert vurğulayıb.
Oxşar xəbərlər
Sakinlər acınacaqlı vəziyyətdə: "Xəstəmiz olur, təcili yardım gəlmir"
Şəki rayonunun Aşağı Şabalıd kəndinin sakinləri yol problemindən şikayətçidirlər. Belə ki, 500 nəfərə yaxın əhalisi olan kəndin 4 kilometrlik yolu yararsız hald...