Bu universitet tələbələrə iki aydır təqaüd ödəmir?
Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri 2 aya yaxındır təqaüdlərinin gecikdirildiyini iddia edir.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, tələbələr fevral və mart aylarının təqaüdlərini hələ də ala bilməyiblər.
Məsələ ilə bağlı, Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavid Zeynallı ilə əlaqə saxladıq. O, bildirdi ki, təqaüdlər bu gün köçəcək:
"İmtahandan sonrakı ayda ənənəvi olaraq bu cür olur. İmtahan nəticələri açıqlanır, daha sonra təqaüdlər verilir. Bu gün təqaüd köçəcək", - C. Zeynallı vurğulayıb.
Oxşar xəbərlər
Xəstəni 40 dəqiqə döydüyü iddia edilən sanitar danışdı: "Böhtan ataraq məni işdən çıxarıblar"
Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitarın köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döydüyü faktı ilə bağlı təqsirləndirilən şəxs dan...