Bu şəxslərə evdə pulsuz yardım göstərilir

Bu şəxslərə evdə pulsuz yardım göstərilir
Sosial 197

Evdə tənha qocalara, yaşlı ər-arvada, işləmək qabiliyyəti olmayan əlillərə evdə xidmət göstərilir.

BAKU.WS xəbər verir ki, Bakı şəhəri, Abşeron və Qarabağ iqtisadi rayonunda bu xidmət DOST mərkəzləri vasitəsilə həyata keçirilir. 

Respublikanın digər şəhər və rayonları üzrə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən evdə (səyyar) sosial xidmət göstərilir. 

Agentliyin filialları tərəfindən evdə sosial-məişət xidməti əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara və əlilliyi olan şəxslərə göstərilir. 

Çətin həyat şəraitində olan şəxs sosial xidmət göstərilməsi üçün yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına ərizə və ərizəyə əlavə olunmaqla, çətin həyat şəraitində hesab edilməsi barədə müvafiq əsası təsdiq edən digər sənədlərlə müraciət edir. Çətin həyat şəraitində olan ailəyə sosial xidmət göstərilməsi üçün ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri müraciət edə bilər. 

Evdə (səyyar) sosial-məişət xidməti həmin xidmətin xarakterindən asılı olaraq, sosial işçi və sosial xidmətçi tərəfindən göstərilir. 

Sosial xidmətçilər həftədə iki dəfə tənha ahıl və əlilliyi müəyyən edilmiş şəxslərin evlərinə gedərək, onlara ev təsərrüfatında, əsas tələbat mallarının alınması və s. işlərdə köməklik göstərirlər. 

Agentlik tərəfindən hazırda ümumilikdə 3244 nəfərə evdə (səyyar) sosial-məişət xidməti göstərilir. Onlardan 2978 nəfəri ahıllardır. Xidmət göstərilən şəxslərdən 2493 nəfəri qadın, 751 nəfəri isə kişidir.

Son xəbərlər