Bu şəxslərə 200 manat yardım veriləcək - Qısa zamanda kartlara oturacaq
"Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı son sənədlə ünvanlı sosial yardım alan ailələrə 200 manat birdəfəlik yardım həyata keçiriləcək".
Bu sözləri BAKU.WS-ə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Deputat əlavə edib ki, ünvanlı sosial yardım alan vətəndaşlarımız sosial baxımdan daha çox təminata və qayğıya ehtiyacı olan ailələrdir, bu kontekstdən Yeni il bayramı ərəfəsində 200 manat birdəfəlik yardımın verilməsi, həmin ailələrin sosial təminatının daha da gücləndirilməsi ilə bağlıdır:
"Cənab Prezident tərəfindən imzalanmış sənəd birmənalı şəkildə sosial təminatın gücləndirilməsi, xüsusən də ehtiyacı olan vətəndaşlarımıza dövlət dəstəyinin artırılmasına xidmət edəcək. Bütövlükdə 200 manat birdəfəlik ödəniş 76 min ailəyə veriləcək. Bu, təxminən 335 mindən artıq ailə üzvü deməkdir.
Nəzərə almaq lazımdır ki, yardımlar birdəfəlikdir və qısa zamanda yardımlar həmin ailələrə plastik kart vasitəsilə həyata keçiriləcək. Çünki ünvanlı sosial yardım alan vətəndaşlarımızın plastik kartları var. Onlarla bağlı məlumatlar Əmək və Sosial Müdafiəsi Nazirliyində elektron bazada qeydiyyata alınıb. Ona görə proses qısa zamanda, sürətli şəkildə həyata keçiriləcək və praktiki olaraq ilin sonuna qədər gözlənilir ki, həmin ailələrin hamısı məhz 200 manat birdədəlik yardımdan istifadə edə biləcəklər.
Praktiki olaraq son sənəd bir daha təsdiq edir ki, cənab Prezidentin sədrliyi ilə həyata keçirilən siyasətin ana xətti vətəndaşlarımızın sosial təminatının daha da gücləndirilməsidir və biz bu kontekstdə birdəfəlik müavinətlərin sayının artırılması və dövlət dəstəyinin güclənməsini müşahidə edirik".
Orxan Hüseyn
Oxşar xəbərlər
Boğaz ətlərinin çıxarılması təhlükəlidirmi?
Həkimlər bildirirlər ki, boğaz ətlərinin, yəni qlandaların çıxarılması bəzi hallarda zəruri və həyat keyfiyyətini yaxşılaşdıran bir əməliyyat ola bilər. Xüsusil...