Bu şəxslər yaşa görə 220 manat müavinəti daha tez ala bilər

Bu şəxslər yaşa görə 220 manat müavinəti daha tez ala bilər
Sosial 19

Azərbaycanda əmək pensiyası almayan, rəsmi gəliri olmayan, yəni işləməyən 65 yaşlı kişilərə və 64,5 yaşına çatmış qadınlara sosial dəstək məqsədilə aylıq 220 manat məbləğində yaşa görə müavinət verilir.

BAKU.WS-in məlumtına görə, qadınların pensiya yaşı 2017-ci ilin 1 iyul tarixindən 2027-ci ilədək hər il 6 ay artırılsa da, bəzi sosial kateqoriyalar üçün yaş həddinə əlavə güzəştlər tətbiq olunur.

Aşağıdakı hallarda həm qadınların, həm də kişilərin yaş həddi 5 il azaldılır:

Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 8 yaşınadək uşaqları övladlığa və ya qəyyumluğa götürən və ümumilikdə beş və daha çox uşağı olanlar;

Əlilliyi müəyyən edilmiş uşağı olanlar (uşaq 8 yaşınadək sağ olmalıdır).

Məsələn, beş və daha çox uşağı olan və yuxarıdakı şərtlərə uyğun gələn qadın 59,5 yaşında müavinət almaq hüququna malikdir.

Qeyd edək ki, kişilərə bu güzəştlər yalnız qadın vəfat etdikdə, valideynlik hüququndan məhrum edildikdə, uşaqlar məhkəmə qərarı ilə atasının himayəsinə verildikdə və ya nikah xitamı sonrası uşaqlar onun himayəsində qaldıqda tətbiq olunur.

Yaşa görə sosial müavinət proaktiv qaydada ömürlük təyin olunur və yalnız plastik bank kartı vasitəsilə nağdsız şəkildə ödənilir. Lakin müavinət alan şəxs vəfat etdikdə, qanuni qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə, həmçinin qüvvədə olan əmək müqaviləsi və ya VÖEN əsasında rəsmi gəlir əldə etdikdə ödəniş dayandırılır.

Son xəbərlər