Bu şəhərdə yollar əsaslı TƏMİR OLUNACAQ
17
iyn
2025
12:06
İsmayıllı şəhərində bir sıra prospekt və küçələrdə asfalt örtüklü yollar əsaslı şəkildə təmir olunacaq.
BAKU.WS-in məlumatına görə, bu məqsədlə İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən tender elan olunub.
Tenderdə qeyd olunur ki, əsaslı təmir işləri 28 May küçəsində və Ə.Ələkbərzadə küçəsinin dalanında (R.Tağıyev küçəsinə paralel) həyata keçiriləcək.
Ümumi layihənin dəyəri 699 min 932 manat təşkil edir.
Layihənin əsas məqsədi İsmayıllı şəhərində yol infrastrukturunun yaxşılaşdırılması və vətəndaşların rahatlığının təmin olunmasıdır.
Oxşar xəbərlər
Temperatur rekordları yenilənə bilər
Dünya Meteorologiya Təşkilatı (WMO) yaxın aylarda qlobal temperatur rekordlarının yenidən qeydə alına biləcəyi barədə xəbərdarlıq edib. BAKU.WS xəbər verir ki,...