Bu şəhərdə qaranlıq küçələr işıqlandırılacaq
Biləsuvar şəhərində küçə işıqlandırma sistemlərinin cari təmiri ilə bağlı yeni layihə həyata keçiriləcək.
BAKU.WS-in məlumatına görə, Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən elan edilən tender şəhərin əsas küçələrinin, xüsusilə Nizami Gəncəvi küçəsinin işıqlandırma infrastrukturunun bərpasını nəzərdə tutur.
Layihə büdcə və büdcədənkənar vəsaitlər hesabına maliyyələşdiriləcək, işlərin ümumi dəyəri isə 542 min manat təşkil edir.
Tenderin icrası nəticəsində şəhərin mərkəzi küçələrində daha müasir və qənaətcil işıqlandırma sistemləri quraşdırılacaq. Bu da həm vətəndaşların rahatlığını təmin edəcək, həm də bələdiyyənin enerji xərclərinə qənaət yaradacaq.
Oxşar xəbərlər
Müalicə, yoxsa özünüreklam? - Reabilitasiya mərkəzlərinin piar oyunu
"Özünü piar etmək üçün insanların həyatı barədə yalan məlumatlar yaymaq qanunazidd hərəkətdir". BAKU.WS xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında hüqu...