Bu şəhərdə mərkəzi park yenilənəcək
Ağsu şəhərində abadlıq işləri ilə bağlı yeni tender elan olunub.
BAKU.WS-in məlumtına görə, Ağsu Rayon İcra Hakimiyyəti şəhərin ümumi abadlaşdırılması məqsədilə genişmiqyaslı işlərin satınalınmasını planlaşdırır.
Satınalmanın ümumi dəyəri 647 396 manat olaraq müəyyən edilib.
Layihə çərçivəsində əsas işlər Heydər Əliyev parkında aparılacaq. Parkdakı köhnə və yararsız tikinti materiallarının yeniləri ilə əvəzlənməsi, fontan sistemlərinin və elektrik infrastrukturunun bərpası nəzərdə tutulur.
Bu tenderin həyata keçirilməsi nəticəsində Ağsu şəhərinin mərkəzi parkı daha müasir və funksional görkəm alacaq, sakinlər üçün daha rahat istirahət məkanı yaradılacaq. Layihənin həm şəhər mənzərəsinin abadlaşdırılmasına, həm də turizm potensialının artırılmasına töhfə verəcəyi gözlənilir.
Oxşar xəbərlər
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Dekabrın 16-da Xaçmazın 27 kəndində qaz təchizatında fasilə yaranacaq. BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin Xaçmaz Regional Qaz İs...